<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Diri Xilaskara mən qulluq edirəm İL178</title>
<lyrics>[V1]
 Diri Xilaskara mən qulluq edirəm,
 Bu gün O yaşayır, bunu mən bilirəm.
 Əli mənə dayaqdır, səsi mənə sevinc,
 Hər ehtiyacıma Məsih tez cavab verir.

[C1]
   Rəbb dirildi, Rəbb İsam həyatda
   Danışır, yaşayır mənimlə hər an.
   Rəbb dirildi, qurtuluş verdi bizə,
   Sevinci qəlbimdə yaşar hər zaman.

[V2]
 Ətrafımda görürəm çox dərin sevgisini,
 Ürəyim sıxılanda kəsmirəm ümidimi.
 Bu həyat, bilirəm, qorxunc bir fırtınadır,
 Ancaq İsa gələcək, xilasım çox yaxındır.

[V3]
 İmanla, sevinclə Padşahın Rəbb İsaya
 Səsini yüksəldərək söylə: Haleluya!
 Axtarana ümiddir, tapana yardım,
 Yoxdur Sənin tək sevən, Rəbbim, mənim Allahım</lyrics>
<hymn_number>178</hymn_number>
</song>